Əsas Səhifə > Güney Press > “Azfinans” BOKT yenidən zərər edib

“Azfinans” BOKT yenidən zərər edib


Bu gün, 12:19

“Azfinans” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin 2025-ci il üzrə hesabat dövründə xalis zərəri ötən il 73 min manata yüksəlib. Halbuki, öncəki ildə bu zərər 39 min manat idi.

Banker.az xəbər verir ki, hesabat dövründə “Azfinans” BOKT-un ümumi gəlirləri illik 108 min manatdan 15% az olmaqla 92 min manata düşüb.

Təşkilatın cəmi aktivləri illik bazda 52 faiz azalaraaq 3.16 milyon manatdan 1.51 min manata düşüb.

Eyni zamanda, təşkilatın işçi sayı son bir ildə 12 nəfərdən 15 nəfərə yüksəlib.

Xatırladaq ki, “Azfinans” BOKT MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 1.3 milyon manat təşkil edir. BOKT-nin nizamnamə kapitalında əsas pay 70 faizlə Axundova Fidan Farid qızına, qalan 30 faiz pay ise Məmmədov Orxan Kəmaləddin oğluna məxsusdur.


Geri qayıt