Əsas Səhifə > Güney Press > Kılıçdaroğlu on nəfəri CHP-dən qovur
Kılıçdaroğlu on nəfəri CHP-dən qovurBu gün, 15:23 |
|
Məhkəmənin “mütləq etibarsızlıq” qərarı ilə yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna qayıdan Kamal Kılıçdaroğlunun ilk addımının partiyadaxili təmizləmə olacağı bildirilir. Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Kamal Kılıçdaroğlu və komandası bu məqsədlə 10 nəfərlik siyahı hazırlayıb. İddia edilən siyahı aşağıdakı kimidir: Ali Mahir Başarır Vəli Ağbaba Burhanəttin Bulut Umut Akdoğan Taşkın Özər Özgür Karabat Adnan Beker Camal Enginyurt Gökhan Zeybək Ümit Dikbayır Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb. Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrinin ləğvindən sonra Kamal Kılıçdaroğlu ilə yanaşı, onun komandasının üzvləri də yenidən vəzifələrində bərpa edilib. Məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan qurultay partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən səsvermə mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub. Geri qayıt |