Əsas Səhifə > Güney Press > Bakı nefti BU QİYMƏTƏ oldu

Bakı nefti BU QİYMƏTƏ oldu


Bu gün, 09:53

Dünya bazarlarında neftin qiymətində dalğalanma davam edir. Beynəlxalq birjalarda “Brent” markalı neftin bir barrelinin qiyməti 97 dollar səviyyəsinə qədər geriləyib.

Musavat.com xəbər verir ki, ABŞ nefti də 90 dollar həddinə düşüb.

Ekspertlər hesab edir ki, qiymət dəyişikliklərinin əsas səbəblərindən biri qlobal bazarlarda tələbin zəifləməsi, həmçinin ABŞ və İran arasında aparılan danışıqlarla bağlı xəbərlərdir. Son günlər neft bazarında volatillik daha da artıb və investorlar ehtiyatlı davranmağa başlayıblar.

Bununla yanaşı, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftdə isə son günlər artım qeydə alınır. Son məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,82 dollar və ya 1,62 faiz bahalaşaraq 114,14 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Neft bazarındakı dəyişikliklər enerji ixrac edən ölkələrin büdcə gəlirlərinə və qlobal iqtisadi proseslərə birbaşa təsir göstərir.


Geri qayıt