Əsas Səhifə > Güney Press > Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdıBu gün, 16:17 |
|
Avropa Gimnastika İttifaqının (Avropa Gimnastikası) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakı ilə bağlı bütün məhdudiyyətlərin ləğv olunması barədə qərar qəbul edib. Publika.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (World Gymnastics) də rusiyalı və belaruslu idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldıraraq onların bayraq və himnlə beynəlxalq turnirlərə tam şəkildə qayıtmasına icazə vermişdi. Avropa Gimnastikası rəsmi saytında yayımlanan bəyanatda deyilir: “Avropa Gimnastikası Beynəlxalq Gimnastika Federasiyasının qərarına uyğun hərəkət edəcək və Rusiya ilə Belarus idmançılarının iştirakına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldıracaq. Çünki Dünya Gimnastikası xüsusi qaydaları artıq qüvvədə deyil. Bu qərar yaxın vaxtlarda keçiriləcək növbədənkənar onlayn Baş Assambleyada ratifikasiya olunacaq”. Rusiya idmançılarının məhdudiyyətsiz şəkildə iştirak edəcəyi ilk Avropa Gimnastikası turniri mayın 27-dən 31-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı olacaq. Qeyd edək ki, Avropa Gimnastikasının prezidenti Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovdur. Geri qayıt |