Əsas Səhifə > Güney Press / Ana xəbər > Mikayıl Cabbarovun verdiyi töhmət Samuxda işə yaramayıb

Mikayıl Cabbarovun verdiyi töhmət Samuxda işə yaramayıb


23-06-2014, 11:33
Mikayıl Cabbarovun verdiyi töhmət Samuxda işə yaramayıb
Redaksiyamıza təqdim olunan məlumatlarda qeyd olunur ki, şöbənin keçmiş rəhbərinin öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən işdən çıxarılması, rayon sakinlərini bir xeyli ümidləndirmişdi. Samux ictimaiyyəti yeni təyinatı, xüsusən də bundan sonra rayonda başlanılacağı ehtimal edilən təhsil islahatlarını səbirsizliklə gözləyirdi. Lakin Gülağa Hüseynovun bu vəzifəyə gətirilməsindən az müddət sonra artıq məlum oldu ki, yeni RTŞ müdiri də özündən əvvəlki rəhbərliyin iş üsullarını tətbiq etməyə meyillidir. Bu gün isə G.Hüseynovun bu vəzifəyə təyinatından artıq iki ilə yaxın müddətin keçməsinə baxmayaraq, bu günədək rayonun təhsil sistemində heç bir mütərəqqi yenilik tətbiq olunmayıb. Ötən materialda da qeyd olunduğu kimi bu müddət ərzində RTŞ müdiri yalnız rayon məktəblərinə yeni invertarlrın alınması adı altında küllü miqdarda vəsaitlərin mənimsənilməsi, rayon məktəblərinə ayrılan dərsliklərin müxtəlif ticarət nöqtələrində satışa çıxarılması ilə məşğul olub. Təbii ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən işə belə münasibətin sərgilənməsi Samuxun bütün təhsil sisteminə ciddi zərbələr vurur. Belə ki, son iki ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Digər tərəfdən isə aldığımız məlumatlarda bildirilir ki, Gülağa Hüseynovun rayon ərazisində az-çox normal fəaliyyət göstərən təhsil müəssisələrinin işlərinə müdaxiləsi əksər hallarda xoşagəlməz nəticələrə səbəb olur. Belə ki, tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin tətbiq etməyə çalışdığı bəzi yeniliklər nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Həmçinin mənbələr Gülağa Hüseynov tərəfindən orta məktəblərə işə müəllim qəbulu zamanı ciddi qanun pozuntularına yol verildiyini vurğulayırlar. Məlumatlarda bildirilir ki, Gülağa müəllim müəyyən məbləğlərdə rüşvət almaq müqabilində işə qəbul qaydalarını Təhsil Nazirliyi tərəindən qəbul edilmiş formadan çox fərqli şəkildə təyin edə bilir. Daha dəqiq desək G.Hüseynovun işə götürdüyü müəllimlər müvafiq test imtahanları verməyə də bilərlər. Həm də bu kadrlar digər həmkarları ilə müqayisədə müəyyən imtiyazlara da malik olurlar. Belə ki, RTŞ müdiri “öz kadrlarını” işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bütün bunların nəticəsidir ki, bəzi müəllimlər isə öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Rayondakı mənbələr həm də israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Təbii ki, rayon ictimaiyyəti tərəfindən Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı şikayətlər diqqətdən kənarda qala bilməzdi. Məlum olduğu kimi iki gün bundan əvvəl Təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda keçirdiyi qəbul zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb. O cümlədən, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyinə görə Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-nin baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. Həmçinin, Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Geri qayıt