Əsas Səhifə > Güney Press > Özgür Özel CHP Qrup sədri seçilib
Özgür Özel CHP Qrup sədri seçilibBu gün, 13:43 |
|
Özgür Özel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupunun sədri seçilib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə partiyanın qərargahında keçirilən toplantında seçki keçirilib. Nəticədə Ö.Özel partiyanın Parlament Qrupunun sədri seçilib. Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb. Geri qayıt |