Əsas Səhifə > Güney Press > ABŞ və İran sülhlə bağlı razılığa gəldi

ABŞ və İran sülhlə bağlı razılığa gəldi


Bu gün, 16:29

ABŞ və İran Pakistanın vasitəçiliyi ilə sülh müqaviləsinin yekun layihəsi üzərində razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə atəşkəs, infrastruktura hücumlardan qarşılıqlı imtina və Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi kimi məsələlər üzrə konsensusa nail olublar.
Bundan əlavə, Vaşinqton gələcək razılaşmanın bütün şərtlərini yerinə yetirəcəyi təqdirdə İrana qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə başlayacaq.
Bir sıra kiçik məsələlərin həll olunmamış qaldığı və tərəflərin onları həll etmək üçün özlərinə yeddi gün vaxt verdikləri bildirilir.
Razılaşmanın rəsmi elanı yaxın bir neçə saat ərzində verilə bilər.


Geri qayıt