Əsas Səhifə > Güney Press > Nazilə Səfərli peşman oldu:

Nazilə Səfərli peşman oldu:


Bu gün, 15:05

Şairə Nazilə Səfərli sosial mediada paylaşdığı video ilə bağlı yaranan müzakirələrdən sonra üzr istəyib.

Bakupost.az xəbər verir ki, o, “Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva haqqında paylaşım etdikdən sonra izləyicilərin sərt tənqidi ilə üzləşib. İzləyicilər Səfərlini bir nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən şəxsi müdafiə etməkdə ittiham ediblər.
Bundan sonra şairə yeni video paylaşaraq məsələyə aydınlıq gətirib və mərhumun ailəsinə dəstəyini ifadə edib. O bildirib ki, paylaşımında heç kimi müdafiə etmək niyyəti olmayıb:
“‘Arzum 9999” adlı TikTok istifadəçisi haqqında video paylaşmışdım. Video çox baxış topladı, belə olacağını gözləmirdim. Qəza nəticəsində vəfat edən gəncin həyat yoldaşı hər iki qulağında eşitmə qabiliyyətini itirib. Ona Allahdan şəfa diləyirəm.
Mərhumun valideynləri dəfn və digər xərcləri özləri qarşılayıblar. Onların sözlərinə görə, İlduzə Hacıyeva indiyədək nə üzr istəməyə gəlib, nə də ailə ilə əlaqə saxlayıb. Onlar da haqlı olaraq incikdirlər.
Bəlkə də qarşı tərəfin öz arqumentləri var, bəlkə özünü günahkar hesab etmir. Mən isə heç kimi müdafiə etməmişəm. Sadəcə qarşıma çıxan videolar əsasında şəxsi fikrimi bildirmişəm. Heç kimin qəlbinə dəymək istəməmişəm. Qəlb qırmışamsa, məni bağışlayın”.
Qeyd edək ki, bloger yol qəzasında bir nəfərin ölümü və 1 nəfərin xəsarət almasında təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
VİDEO BURADA:
https://bax.tv/son-xeberler/nazile-seferli-pesman-oldu-222980?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Geri qayıt