Əsas Səhifə > Güney Press > “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir”
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir”Bu gün, 17:35 |
|
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik də artmağa başlayıb. Tribuna.az xəbər verir ki, Ermənistan müxalifəti əsasən Azərbaycanla bağlı “ittiham”larla gündəmdə qalmağa çalışır. Onlar Paşinyan hökumətinin Bakıdan idarə edildiyini iddia edərək, bütün çıxışlarını bunun üzərində qururlar. Bir çox erməni siyasətçiləri isə bildirirlər ki, hal hazırda Ermənistanın daxili siyasi proseslərinə təsir edə bilən yeganə ölkə Azərbaycandır. Bu fikirdə olanlardan biri də “HaykaVe” layihəsinin rəhbəri Vahe Ovannisyandır. O qeyd edib ki, Azərbaycan təsir imkanlarına görə birincidir və zaman keçdikcə bu təsir daha da artır. Geri qayıt |