Əsas Səhifə > Güney Press > Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar

Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar


Bu gün, 17:01

Belarusda Rusiya ilə birgə nüvə təlimləri başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.


Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin birgə nüvə qüvvələri təlimi zamanı videokonfrans keçiriblər.

Lukaşenko “heç kimə təhlükə yaratmadıqlarını, Belarusun Rusiya ilə birlikdə Brestdən Vladivostoka qədər ortaq vətənlərini” müdafiə etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Rusiya mayın 19-da nüvə təliminə başlayıb. Təlimlərin bir hissəsi Belarusda keçirilir.


Geri qayıt