Əsas Səhifə > Güney Press > Moskva-İrəvan qarşıdurması böyüyür

Moskva-İrəvan qarşıdurması böyüyür


Bu gün, 12:03

Tərəfdaşlarımızdan fərqli hərəkətlər, ən azından müqavilələrdə nəzərdə tutulan addımlar gözlədiyimiz vaxtlar və hadisələr olub, amma onları görmədik. Hər şey çox nisbidir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Aysor.am” saytına verdiyi müsahibədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamasını şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, İrəvan Ermənistan-Rusiya münasibətlərinə gərginlik qatmağa meylli deyil.

"Biz Ermənistan-Rusiya münasibətlərinə gərginlik qatmağa meylli deyilik; əksinə, tərəfdaşlığımızı normal məcrada davam etdirmək əzmindəyik", - deyə Mirzoyan qeyd edib.

Ararat Mirzoyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın AİB-ə üzvlüyü ilə bağlı açıqlamasına toxunaraq bildirib: "Ermənistanın AİB-dən çıxması məsələsi, özü ərizə təqdim edib belə bir istək bildirməyincə, müzakirə edilə bilməz. Biz belə bir istək bildirməmişik, ona görə də çıxma məsələmiz müzakirə edilə bilməz".

Ermənistanın belə bir qərarı nə vaxt verəcəyi soruşulduqda, Mirzoyan cavab verib: "Bu məsələni müzakirə etmək zərurəti yarandıqda. Mən heç bir müddət deyə bilmərəm; belə bir tapşırıq bu gün bizim gündəmimizdə deyil".

Ermənistanın qərar qəbul etdiyi müddətdə AİB-dəki üzvlüyünün dondurulub-dondurulmayacağı sualına Mirzoyan belə cavab verib: "Bu, mümkün deyil. Bu, qərarların konsensusla qəbul edildiyi və üzv ölkələrin səsləri ilə idarə olunduğu bir təşkilatdır. Bu, necə mümkün ola bilər?"

Xatırladaq ki, dünən Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan hakimiyyətinin hərəkətlərinə toxunaraq, onların Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmadığını qeyd etmişdi.

Bundan əlavə, dünən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın AİB və Aİ arasında seçim qarşısında olduğunu bildirib.


Geri qayıt