Əsas Səhifə > Güney Press > "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb

"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb


Bu gün, 11:46

"Meqa Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

"DİA-AZ" Yurd.Media-ya istinadən xəbər verir ki, şirkət yanvar-mart aylarında 0,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,25 dəfə azdır.

Bu il aprelin əvvəlinə "Meqa Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 1% az – 56,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 27,1 milyon manat (1% az), balans kapitalı isə 29,7 milyon manat (1,8% az), o cümlədən nizamnamə kapitalı 23 milyon manat (dəyişməyib) olub.


Geri qayıt