Əsas Səhifə > Güney Press / Ana xəbər > "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..."
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..."Bu gün, 11:24 |
|
"Mən baxıram, həmkarlarım Azərbaycan Dəmir Yollarının (ADY) hazırladığı tezisləri paylaşırlar. Normal yanaşma olardı, amma dərin araşdırma aparsaydılar. Mənə elə gəlir ki, qiymətdə "qazlama" prinsipləri əsas götürülüb. Bir qədər də dəqiqləşdirsək, bu idarə, deyəsən, vətəndaşları sadəcə incitmək eşqinə düşüb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Deyirəm, bizim bəzi məmurlarda, yumşaq kreslo vurğunlarında dövlət, xalq sevgisi olsaydı, belə müzakirələrə heç ehtiyac da yaranmazdı. Nə isə. Qoy sözümü üzlərinə deyim: Yüksək qiymət sevdalısı olan AYD, sizin tezisiniz natamamdır. Doğrudur, qiymətlər Gürcüstan ərazisinə keçdiyi üçün İsveçrə frankın görə müəyyən edilir. Bu texniki mənşəlidir. Lakin mənzərə başqa şey deyir axı? Avropada qısaməsafəli reyslərin qiyməti təxminən 10–50 avro arasında dəyişir. Paris–Lion (460 km) üçün 30 avrodan bilet tapmaq mümkündür. Bu baxımdan Bakı–Tbilisi (20 km) üçün 81 manat insafsızlıqdır. Çünki Azərbaycanda 2026-cı ildə orta aylıq maaş təxminən 1100–1150 manat səviyyəsindədir. Avropada orta maaş 2500–3200 avro arasındadır. Bu o deməkdir ki, avropalı işçinin xərclərinin 1–2%-ni xırıd edir, azərbaycanlı isə 7-14%-ni.
Ona görə də qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata. Dürüst olun. Bu yaxınlarda dostum Macarıstandan Sloveniyaya getmişdi qatarla. Olduqca sərfəli qiymətə. İstəsəniz, onunla sizi görüşdüm, örkənlə doğanağın mehriban münasibətlərindən danışsın. Bir də ki, Avropada eyni zamanda erkən rezervasiya, sosial tarif sistemi, yüksəksürətli qatarlar, açıq rəqabət mühiti də var. Bizdə bunlar varmı? YOX!!!"
Geri qayıt |