Əsas Səhifə > Güney Press > Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsiBu gün, 09:11 |
|
Tarix boyu Azərbaycan maddi mənəvi irsinə aid yüzlərlə, minlərlə əşyalar, əl işləri, zərgərlik məmulatları, xalçalar, arxeoloji tapıntılar və nələr nələr ölkəmizdən xaricə daşındı.
Ən böyük itkilərimiz ikinci dünya müharibəsi illərində, aclıq çəkən insanların bu halından yararlanan yəhudi və rus tacirlər oldular ki, Azərbaycanın qədim əşyalarını bir çörək qiymətinə aldılar, insanların vəziyyətindən istifadə edib, əldə etdilər və sonra isə onu xarici muzeylərə və kolleksiyaçılara baha qiymətlərə satdılar.
Bu gün Amerikadan tutmuş uzaq Yaponiya qədər muzeylərdə Azərbaycana məxsus mənəvi və maddi dəyəri heç bir pulnan ölçülməyən tariximizin parçaları saxlanılır.
Bu çox acı verir. Bizə məxsus, bizə aid əşyalar və irsimizə aid dəyərli və tarixi əhəmiyyəti nümunələr xaricdə muzeylərdə saxlanılır. Bunlardan biri də Qahirədəki "Misir Toxuculuq Muzeyində" sərgilənən 18-ci əsr ipək Azərbaycan tikməsidir. Tikmə-parça üzərində əl işi deməkdir..
Dünyaca məşhur turizm şirkətləri Misirə səfər edən zaman bu muzeydə olmağı və mütləq bu tikməyə baxmağı tövsiyyə edir.
Şəkildə görünən tikmə Azərbaycanın klassik xalça və tikmə məktəblərinə xas olan "Xətai" və ya "Ləçək-turunc" kompozisiyalarından hazırlanıb.
Səfəvi dövründən formalaşan və XVIII əsrdə xanlıqlar dövrü sənətkarlığında geniş yayılan mürəkkəb nəbati simvol olan bu tikmə nümunələri eyni zamanda Amerikada, Red Aylendə muzeydə də sərgilənir. Eyni zamanda Misir "İslam İncəsənəti Muzeyin"də də oxşarı var və üzərində olan məlumat lövhəsində Azərbaycan adına rast gəlinmir.
Xalçaçılıq və tikmə üzrə mütəxəssilər təsdiq edirlər ki, bunlar təbii üsulla boyanmışi ipək saplarla, yerli qırmızı, tünd göy və ya yaşıl rəngli qanovuz və mahud parçalar üzərinə işlənirdi.
Bu tikmə göstərir ki, Azərbaycanda bu cürə gözəl əl işləri hazır edənlər fəlsəfə, dünya yaradılışı, ezzotirik və kosmik biliklərə malik olublar. Rəsmə diqqətlə baxın :
"Tikmənin mərkəzində yerləşən və dörd tərəfə doğru uzanan böyük rombvari işarə qədim Şərq və Azərbaycan mədəniyyətində kainatın dörd cəhətini (Şimal, Cənub, Şərq, Qərb) və dörd əsas ünsürü (Od, Su, Torpaq, Hava) simvolizə edir.Bu, kainatda mövcud olan harmoniyanın və nizamın rəmzidir."
Görün bizim keçmişimizin bizə miras qoyduğu dərin mənalı mesajlar onların necə bilikləri olmasını təsdiq edir. Simvol barədə ekspertlər yazırlar:
"Rombun tam ortasında və kənarlarında yer alan kiçik qapalı işarələr "Turunc" adlanır və bu motiv Günəşi, işığı və sonsuz həyat enerjisini təmsil edir"
Qısaca desək, simvollar ümumi birləşərək bərəkəti, ailə ocağının müqəddəsliyini, günəşin enerjisini və pis qüvvələrdən qorunmanı ifadə edən vizual bir dua hesab edilə bilər .
Çox heyf ki, biz bu miraslara sahib çıxa bilmirik.
Müəllif: Prof.Dr. Zaur Aliyev - "DİA-AZ"
Geri qayıt |