Əsas Səhifə > Güney Press > ADY bu qiyməti gizli saxlayıb
ADY bu qiyməti gizli saxlayıbBu gün, 17:26 |
|
“ADY-nin qiymətləri yenə ağlasığmazdır və elə gözlənildiyi kimi oldu”. Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib. O, yeni qiymətlərin heç bir məntiqə uyğun olmadığını vurğulayıb: “Artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı - Balakən qatarında sınaqdan keçirib. İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı - Tbilisi üçün də tətbiq etməyi planlaşdırır. Artıq açıqlama verilib. Qiymətlər o dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar. Belə ki, ADY ala-yarımçıq, hiss olunur, çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlayıb”. Bakı -Tbilisi qatarı üçün indiki qiymətlərdən danışan ekspert bildirib ki, plaskart (ADY hələlik bunun dəqiq kupe, yaxud plaskart tipli olmasını açıqlamayıb) 81 manat elan olunsa da, kupe - açıqlanmayıb, SV açıqlanmayıb. O, 2019-cu ilədək olan qiymətlər xatırladıb: “2019-cu ilədək plaskart - 24-26 manat, kupe - 35-40 manat, SV (yataqlı) isə 57-60 manat olub. Düşünürəm ki, ADY bu məntiqilə, "Bakı-Balakən qatarı" prinsipilə yanaşacaqsa, Bakı - Tbilisi üçün ağlasığmaz görünsə də, kupe 120, SV isə 230 manat olacaq. Güman ki, bu qiymətlər çoxdan hazırdır, sadəcə, ADY bəlkə də utanır onları açıqlamağa. Bir daha qeyd etmək istərdim ki, dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY - nin səyləri təqdirəlayiq olsa da, qiymət siyasəti ağlasığmazdır. Güman ki, hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər. Görəsən, hökumət nə deyəcək ADY-nin bu yanaşmasına? Bu cür ağlasığmaz qiymətlərə imkan veriləcəkmi?” Geri qayıt |