Əsas Səhifə > Güney Press > Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər

Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər


Bu gün, 13:45

Zaporojye vilayətinin Orexov şəhəri istiqamətindəki Rusiya Silahlı Qüvvələrinin 166-cı əlahiddə motoatıcı alayının hərbçiləri spirtli içkidən zəhərlənərək ölüblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi rusiyalı hərbçilərin ələ keçirilən danışıqlarına istinadla məlumat yayıb.

Danışıq zamanı rusiyalı hərbçilərdən biri bildirib ki, Orexov istiqamətindəki müşahidə məntəqəsində alkoqoldan zəhərlənmiş xeyli sayda hərbçi olub.

Başqa bir hərbçi də onun dediklərini təsdiqləyib və bildirib ki, orada 5-6 gündür götürülməyən 8-10 meyit görüb.


Geri qayıt