Əsas Səhifə > Güney Press > “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır”

“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır”


Bu gün, 13:04

“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Loridəki seçki kampaniyası zamanı deyib.

Baş nazir rusiyalı oliqarx Samvel Karapetyanın xarici xüsusi xidmət orqanının (Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) nəzərdə tutur – red.) əməkdaşı olduğu fikrini növbəti dəfə təkrarlayıb.

Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan haqda da eyni sözləri söyləyib:

“Dünən dərc olunan məlumatlardan öyrəndik ki, onlar mahiyyət etibarilə eynidir: əgər kaluqalı oliqarx B tipli casusdursa, Sarukyanın da J tipfli casus olduğunu öyrəndik”.

Hökumət başçısı əlavə edib ki, son günlər Ermənistanın siyasi həyatı casus filmlərinə bənzəyir:

“Son günlərdə Ermənistanda siyasi həyat casus filmini xatırladır. Məlum olur ki, kaluqalı oliqarx xarici xüsusi xidmət orqanının əməkdaşı imiş. Mən “ilin sonuna qədər evsiz qalacaq bir adam var” dedikdə, çoxları bunu şişirtmə hesab edirdi”.

Paşinyanın sözlərinə görə, Ermənistan bu sözünün doğruluğunu görəcək: “Proses sürətlənir və indi beynəlxalq media sübutları dərc edib. Bu insanlar bunu inkar belə etmirlər.

Baş nazir Qaqik Sarukyan və Samvel Karapetyanla birgə hərəkət edən keçmiş prezident Robert Köçəryanın da casus olduğunu bildirərək, onlar arasındakı birliyi “üçbaşlı müharibə koalisiyası” adlandırıb.

Nikol Paşinyan Qaqik Sarukyana məxsus “Ararat” sement zavodunun da tezliklə milliləşdiriləcəyini açıqlayıb:

“2021-ci ildə sizə “Zəngəzur” mis-molibden kombinatı ilə bağlı proseslərin olacağına söz verdiyim kimi, indi də birbaşa deyirəm: tezliklə Sarukyanın biznesinin onurğasını təşkil edən “Ararat” sement zavodu dövlət mülkiyyətində - Ermənistan Respublikasına məxsus olacaq. Çünki bu mafiyanın hiylələri ifşa olunub. Ermənistan hökuməti artıq Baş Prokurorluqdan bu əmlakın milliləşdiriləcəyi barədə məktub alıb, ən qısa vaxtda vaxtilə Karapetyana məxsus olan “Ermənistan Elektrik Şəbəkələri”nə nümayəndə təyin etdiyimiz kimi, “Ararat” sement zavoduna da təyin edəcəyik”.


Geri qayıt