Əsas Səhifə > Güney Press > “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?”

“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?”


Bu gün, 12:22

“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR+ÖZƏL

“Bu qadağaları bizə efirlər qoymayıb. Müəyyən adamların sözü ilə o siyahını paylaşıblar. Gözü götürməyənlər var. O buna ötürüb, bu da ona. Belə-belə bu söz-söhbətlər yayılıb. Allah canlarını sağ etsin. Efirlərə yaraşıq verənlər də elə o qadağada olan müğənnilərdir. Xalq onları sevir, onları istəyir, xalqın tələbatı onlaradır. Efirlərin qadağası ilə bizə nə olacaq ki? Guya pulumuzu qazanmırıq, məclislərə getmirik?! Əksinə, məni efirlərə çağıranda toyda görüb 10 nəfər şəkil çəkdirirdisə, indi 100 nəfər çəkdirir. Vallahi-billahi mənim nə qiymətim, nə də dəyərim aşağı düşməyib”.


Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.
O daha sonra əlavə edib:
“Efirlər başa düşmür ki, əksinə bunu özlərinə minus edirlər. Mən bütün efirlərə özüm-özümə qadağa qoymuşam, onlar mənə qadağa qoya bilməzlər. İlhamə Quliyeva sağ olsaydı onun qorxusundan bu qadağanı edə də bilməzdilər. Müəyyən şəxslərdən söhbət gedir, efirlərdən danışmıram. Allah ona qəni-qəni rəhmət etsin. Mənə çox dəstək olub. Arxam, dayağım olub. Əfsuslar olsun ki, Azərbaycan incəsənəti İlhamə Quliyeva adlı nəinki nəhəng müğənnini, sənətkarı, həmçinin də düzgün qərar verən və əsl sənətçiləri dəstəkləyən bir insanı itirdi. İlhamə xanımın yoxluğu çox bilinir”.
Samirə Yusifqızı efirlərin reytinqinin azaldığını da iddia edib.
“Hazırda sizin televiziyaların reytinqindən xəbəriniz var? Bilirsiniz reytinqlər nə qədər aşağı düşüb? Kim baxır efirlərə? Televiziya, sosial şəbəkə, informasiya vasitələri kimin üçündür? Əlbəttə ki, xalq üçün. Xalqın tələblərini qəbul etməlidirlər. Mən xalqın bir nümayəndəsiyəm. İstəmirəm bu filmə, bu müğənniyə baxım. Ona görə də kanalı dəyişirəm. Mən heç nə itirmədim, televiziyalar itirdi. Mən hələ indiyə qədər efirdən bir dəfə toy tutmuşam. Onda da Rövşanə Ağasəfqızının verilişində Baloğlan Əşrəfovla duet oxumuşduq. Bizi Krıma toya çağırdılar. Bu ilk və son idi. Çünki mən efirlərdə bayağı mahnılar oxumamışam. Yalnız bəstəkar mahnıları, əsərlər ifa etmişəm. O əsərlərlə də heç kimi toya aparmırlar. Toyda camaat bayağı, oynaq, xalqın dilinə yatan mahnıları sevir. Toylarım necə idisə elə də qalıb. Nə bir qıram azalıb, nə də çoxalıb. Camaat məni görən kimi deyir ki, “səni görmək ən böyük arzum idi, nə yaxşı ki, gördüm”. Birinci bu sözü deyirlər. İkinci şəkil çəkdirirlər. Bir də deyirlər ki, “siz efirdə yoxsunuz deyə televiziyalara baxmırıq”. Allaha and olsun, balalarımın canına and içirəm ki, bu sözləri mənə deyirlər. Bundan sonra əgər çağırsalar efirləri özüm seçib gedəcəm”, - deyə müğənni bildirib.

Geri qayıt