Əsas Səhifə > Güney Press > Ermənistanda Rusiya pasportu skandalı:
Ermənistanda Rusiya pasportu skandalı:Bu gün, 11:23 |
|
Ermənistanda Rusiya ilə münasibətlərin gərginləşdiyi bir fonda ölkənin ən nüfuzlu erməni milyarderlərindən birinin ailəsinə qarşı hüquqi müstəvidə ciddi zərbə vurulub. Rəsmi İrəvan Rusiya vətəndaşlığı olan şəxslərin dövlət idarəçiliyinə sızmasının qarşısını almaq üçün sərt addımlar atmağa başlayıb. Musavat.com xəbər verir ki, Ermənistan Müstəntiq Komitəsi tanınmış rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanı başqa ölkənin vətəndaşlığını gizlətməkdə rəsmən ittiham edir. Qurumun yaydığı rəsmi bəyanatda bildirilir ki, "Güclü Ermənistan" blokundan parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınmış N.K. yalan məlumat verməyə görə məsuliyyət daşıdığı barədə xəbərdar edilməsinə baxmayaraq, xarici ölkə (Rusiya) vətəndaşlığını qəsdən gizlədib. Onun Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə başqa dövlətin vətəndaşı olmaması barədə saxta sənəd təqdim etdiyi üzə çıxıb. Baş vermiş bu dövlət səviyyəli fırıldaqçılıq faktı ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin "vəzifəli şəxs statusunun alınmasına və ya qorunub saxlanmasına mane olan məlumatları gizlətmə" maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər qeyd edirlər ki, Rusiya pasportuna sahib olan bir şəxsin qanunsuz yollarla Ermənistan parlamentinə daxil olmaq cəhdi milli təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır və bu iş üzrə araşdırmalar ən sərt şəkildə davam etdiriləcək. Geri qayıt |