Əsas Səhifə > Güney Press > Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdıBu gün, 16:59 |
|
Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri və Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyanın pasport faylında iş yeri kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Məlumat Mərkəzi qeyd olunub. Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “The Insider” nəşri məlumat yayıb. “Karapetyan 1999-cu ildə Kaluqada xarici (Rusiya) pasport alarkən, pasport faylında “İş yeri” bölməsində Daxili İşlər Nazirliyinin “FSB Məlumat Mərkəzi” qeydi var”, - mənbə qeyd edib.
Məlumatda bildirilib ki, ona son zamanlarda Ermənistanda siyasi proseslərə qoşulmaq və “Güclü Ermənistan” Partiyasını yaratmaq üçün güclü təzyiq göstərilib. “The Insider” Samvel Karapetyanı Moskvanın iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistanda təsirini qorumağa çalışdığı fiqurlardan biri kimi təqdim edib. Geri qayıt |