Əsas Səhifə > Güney Press > “Bank Avrasiya”nın səhmdarları toplanır
“Bank Avrasiya”nın səhmdarları toplanırBu gün, 15:00 |
|
02 iyul 2026-cı il tarixində “Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Banker.az xəbər verir ki, yığıncağın keçirilməsi Bankın Bakı şəhəri, Nizami küçəsi, ev 112B ünvanında yerləşən inzibati binasında, saat 11:00-da təyin edilmişdir. Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir: 1. “Bank Avrasiya” ASC-nin 01.01.2025-ci il tarixindən 31.12.2025-ci il tarixi üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatının təsdiqinə dair. Qeyd edək ki, Bank Avrasiya-nın səhmdarları “Top Properties” MMC və “Azbizneskom” MMC (hər biri 49.5%) və Eynullayev Rüstəm Tarıverdi oğludur (1%). Geri qayıt |