Əsas Səhifə > Güney Press > Tramp IRS-ə qarşı iddiasını geri çəkib:
Tramp IRS-ə qarşı iddiasını geri çəkib:Bu gün, 08:00 |
|
ABŞ Prezidenti Donald Tramp Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb. Bunun əvəzində ABŞ Ədliyyə Nazirliyi “siyasi təqiblərdən zərər çəkənlər” üçün 1,8 milyard dollarlıq xüsusi fond yaradacaq. Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Tramp IRS-i vergi məlumatlarının mediaya sızdırılmasının qarşısını almaqda yetərsiz davranmaqda ittiham edərək hökumətdən 10 milyard dollar tələb etmişdi. Razılaşmaya əsasən, ABŞ liderinə maliyyə kompensasiyası ödənilməyəcək, lakin rəsmi üzrxahlıq təqdim olunacaq. Bunun əvəzində Ədliyyə Nazirliyi “Anti-Weaponization Fund” adlı fond yaradacaq. Fondun vəsaiti hökumət tərəfindən siyasi və ideoloji motivlərlə təqib olunduğunu iddia edən şəxslərə yönəldiləcək. ABŞ Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Todd Blanş bildirib ki, məqsəd əvvəlki dövrdə baş verən “ədalətsizlikləri aradan qaldırmaqdır”. Razılaşma ABŞ-də ciddi müzakirələrə səbəb olub. Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsində aparıcı demokrat Ceymi Raskin bu addımı “vergi ödəyicilərinin pullarının böyük fonda yönləndirilməsi cəhdi” adlandırıb. Qeyd olunur ki, fondun fəaliyyətinə nəzarət edəcək beş nəfərlik komissiyanın dörd üzvünü Todd Blanş təyin edəcək. Geri qayıt |