Əsas Səhifə > Güney Press > “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıbBu gün, 17:00 |
|
“Alatava-Avtonəqliyyat” QSC-nin 2025-ci ildə xalis mənfəəti 12.3% azalaraq 4 219 manatdan 3 699 manata enib. Banker.az bu barədə QSC-nin 31 dekabr 2025-ci il tarixinə olan mənfəət və zərər haqqında hesabatına əsasən xəbər verir. Səhmdar cəmiyyətinin əsas əməliyyat gəlirləri ötən illə müqayisədə 55% kəskin artaraq 30 min manatdan 46 min 500 manata yüksəlib. Lakin gəlirlərlə bərabər satışın maya dəyəri üzrə xərclər də 2 dəfəyə yaxın artaraq 14 546 manatdan 28 333 manata çatıb. Hesabat dövründə QSC-nin inzibati xərcləri 6 min 835 manat, sair əməliyyat xərcləri də 6 min 708 manat təşkil edib. Geri qayıt |