|
Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 4 milyard 365,3 milyon dollar dəyərində 7 milyon 923,1 min ton xam neft və xam neft məhsulları ixrac edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta statistik dəyəri təxminən 551 dollar (1 barel təxminən 78 dollar) olub. Xam neft miqdar olaraq ən çox İtaliyaya, ən az isə Tailanda ixrac edilib. Statistik dəyər baxımından isə ən böyük ixrac həcmi İtaliyaya (2 milyard 531,5 milyon dollar), ən aşağı isə Tunisə (94,5 milyon dollar) qeydə alınıb. Bu ilin ilk 4 ayında xam neft ən baha qiymətə Tailanda (107 dollar), ən ucuz qiymətə isə Almaniyaya (67 dollar) ixrac olunub. Xarici ölkələrə satılan xam neftin miqdarı və statistik dəyərini təqdim edirik:

Geri qayıt
|