Əsas Səhifə > Güney Press > Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıbBu gün, 12:21 |
|
"Modern Leasing" MMC 2025-ci ili 65 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 6 min manat zərərlə çıxmışdı. "Report" xəbər verir ki, ötən il "Modern Leasing"in vergiyəqədərki mənfəəti 80 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 15 min manat (əvvəlki il olmayıb) təşkil edib. Bu il yanvarın 1-nə "Modern Leasing"in aktivləri 494 min manat olub ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur. Bunun 461 min manatı lizinq portfelidir. 2025-ci ildə şirkətin lizinq üzrə alacaqları 5,4 dəfə böyüyüb. Hesabat dövrünə şirkətin öhdəlikləri 2,9 dəfə artaraq 335 min manata çatıb, balans kapitalındakı 6 min manatlıq çatışmazlıq 59 min manat kapitalla əvəz olunub, o cümlədən nizamnamə kapitalı 1 000 dəfə artaraq 100 min manata çatıb. Xatırladaq ki, "Modern Leasing" 2023-cü ildə təsis edilib. Geri qayıt |