Əsas Səhifə > Güney Press > Dövlət qurumu 20 mənzil alır
Dövlət qurumu 20 mənzil alırBu gün, 13:19 |
|
“Sosial Xidmətlər Agentliyi” PHŞ (VÖEN: 1405196831) yeni tender elan edib. "DİA-AZ" xəbər verir ki, tender çərçivəsində əlilliyi olan şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 1 milyon 980 min manatdır. Hər mənzilin alınması üçün 99 min manat pul ayrılıb.Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manatdır. Geri qayıt |