Əsas Səhifə > Güney Press > “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşıBu gün, 10:54 |
|
Nikol Paşinyanın Ermənistanın Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarına qoşulmayacağı haqda bəyanatı geniş reaksiya doğurub. Musavat.com xəbər verir ki, Rusiya mediası kritik parlament seçkiləri ərəfəsi Paşinyanın bu bəyanatnı ciddi təhlil edir. Yada salaq ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir. Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası irəli sürülmüşdü. O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı. Tarix elmləri doktoru və Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Rusiya Xarici Siyasəti Mərkəzinin direktoru Boris Şmelevdən bu barədə “SP”şərh verib. “Əsas məsələ Rusiyanın enerji təchizatıdır. Rusiya enerjisi kiçik Ermənistan üçün əsas problemdir. Hazırda Ermənistandan qazın min kubmetr üçün 177 dollar tədarük edilir. Əgər Ermənistan AİB-dən çıxıb Aİ-yə qoşularsa, Rusiya qazının qiyməti dərhal 600-700 dollara qalxacaq. Əvvəllər İran qazı Ermənistan üçün Rusiya qazına alternativ ola bilərdi. Lakin ABŞ-İran müharibəsi fonunda bu tədarüklər problemə çevrilib. Paşinyan ilk növbədə fikrini dəyişməsinin səbəbi budur”. Geri qayıt |