Əsas Səhifə > Güney Press > Əjdər Ol azadlığa buraxılıb?
Əjdər Ol azadlığa buraxılıb?Bu gün, 12:19 |
|
Bu günlərdə sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) azadlığa buraxılması ilə bağlı bir sıra məlumatlar yayılıb. Məsələni dəqiqləşdirmək üçün Manset.az Əjdər Olun da üzvü olduğu Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əlaqə saxlayıb. Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı məhz Əjdər Olun ailəsi ilə dəqiqləşdirib. Belə ki, yayılan məlumat öz təsdiqini tapmayıb. Xatırladaq ki, Əjdər Ol 2022-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə onun cəzası 3 ay azaldılaraq 8 il 3 aya endirilib. Geri qayıt |