Əsas Səhifə > Güney Press > Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq

Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq


Bu gün, 10:18

Xocavənd rayonunun Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə 3 600 000 AZN sərf olunacaq.

Pravda.az-ın xəbərinə görə, sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi, icraçı isə “Azərsutəchizattikinti” ASC-dir.

Tərəflər arasında müqavilə bağlanıb.

ASC-nin qanuni təmsilçisi sabiq deputat Mirzəcan Xəlilovdur.


Geri qayıt