Əsas Səhifə > Güney Press > Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldıBu gün, 17:47 |
|
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Spitak şəhərində müxalif “Ermənistan” blokunun ofisində axtarışların aparıldığına dair yerli medianın məlumatını təsdiqləyib. Teleqraf xəbər verir ki, qurum seçki ərəfəsində xeyriyyə ianələrinə qoyulan qadağanı pozmaq və seçkilərlə əlaqədar rüşvəti vermək ittihamı ilə bir neçə nəfərin saxlanıldığını bildirib. Bundan əlavə, şübhəlilərin zorakılıqla hədələməklə eyni bölgə sakinlərinin seçki hüquqlarının sərbəst həyata keçirilməsinə mane olduqları qeyd edilib. Qurum seçki rüşvətinin verilməsi və alınmasının 7 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıldığını xatırladıb: “Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu hadisə ilə bağlı cinayət işi açıb, bir sıra şəxsləri saxlayıb, axtarışlar aparıb və digər prosedurları həyata keçirib”. Xatırladaq ki, blokun lideri Ermənistanın keçmiş prezidenti Robert Köçəryandır. O, həm də bu blokun baş nazirliyə namizədidir. Geri qayıt |