Əsas Səhifə > Güney Press / Ana xəbər > Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi

Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi


Bu gün, 11:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib. Redaktor.az-ın əldə etdiyi məlumata görə, bu şöbələrin ləğvi nəticəsində Dövlət Xidmətinin Gəncə şəhər idarəsi yaradılıb.

İdarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.


Geri qayıt