Əsas Səhifə > Güney Press > AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb

AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb


Bu gün, 08:32

İlin birinci rübündə AB ölkələri Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG/SPQ) tammiqyaslı müharibənin başlanmasından bəri rekord həcmdə idxalını həyata keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (İEEFA) məlumatlarına istinadən “Velt” nəşri yazıb.

Qeyd olunur ki, Rusiya qazının ən böyük idxalçıları Fransa, İspaniya və Belçika olub. Məhz bu ölkələr sayəsində idxal həcmləri 2025-ci ilin birinci rübü ilə müqayisədə 16% artaraq 6,9 milyard kubmetrə çatıb.

Fransa birinci rübdə AB-də Rusiyanın SPQ-sini ən çox idxal edən ölkə olub. Yanvar ayında isə bu qazın alış həcmləri üzrə yeni rekord müəyyənləşdirib.

İEEFA ekspertləri hesab edirlər ki, bu məlumatlar Avropanın Rusiya qazından asılılığını göstərir.

Bildirilir ki, Avropanın Rusiya boru kəməri qazından SPQ-yə keçidi enerji təchizatını diversifikasiya etməli idi. Lakin İranla müharibənin yaratdığı fasilələr, eləcə də Amerika SPQ-sindən həddindən artıq asılılıq bu planların faktiki olaraq uğursuzluğa düçar olduğunu göstərir.


Geri qayıt