Əsas Səhifə > Güney Press > Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib

Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib


Bu gün, 17:06

Bu ilin yanvar-mart aylarında Şuşa şəhərinə yerləşən otellərdə 100 nəfər xarici ölkə vətəndaşı gecələyib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, Şuşadakı oteldə qalan əcnəbilər burada 100 gecə keçiriblər və göstərilən xidmətlərə görə xarici qonaqlar tərəfindən ümumilikdə 12 min manat vəsait xərclənib.
Ən çox əcnəbi Türkiyədən (37 nəfər), Rusiyadan (18 nəfər), Ukraynadan (8 nəfər), ABŞ-dən (8 nəfər), Almaniyadan (8 nəfər) və Özbəkistandan (8 nəfər) gələnlər olub.
Otellərdə xərclənən vəsait baxımından da Türkiyə (4,1 min manat), Rusiya (2,4 min manat), Ukrayna (1,1 min manat), ABŞ (1000 manat), Özbəkistan (0,5 min manat) ön sıralarda qərarlaşıb.
Onu da bildirək ki, bu ilin yanvar-mart aylarında Şuşadakı otellərin birdəfəlik tutumdan istifadə səviyyəsi 4,7% olub.
Bu ilin yanvar-mart aylarında Şuşadakı otellərdə qalan əcnəbilərin ölkələr üzrə sayı və burada xərclədikləri vəsaitin bir nəfərə düşən orta məbləği belə olub:
Türkiyə – 37 nəfər (bir nəfərə düşən məbləğ 110,8 manat)
Rusiya – 18 nəfər (133,3 manat)
ABŞ – 8 nəfər (125 manat)
Ukrayna – 8 nəfər (137,5 manat)
Almaniya – 4 nəfər (50 manat)
Özbəkistan – 4 nəfər (125 manat)
Hindistan – 3 nəfər (133,3 manat)
Çin – 2 nəfər (100 manat)
Fransa – 2 nəfər (150 manat)
Gürcüstan – 2 nəfər (150 manat)
Polşa – 1 nəfər (100 manat)
Digər ölkələr – 11 nəfər (127,3 manat)


Geri qayıt