Əsas Səhifə > Güney Press > Paşinyana qarşı qadağa tələbi

Paşinyana qarşı qadağa tələbi


Bu gün, 16:48

Rusiya Dövlət Dumasında Ermənistan rəhbərliyinə və Baş nazir Nikol Paşinyana qarşı kəskin ittihamlar səsləndirilib, onun ölkəyə girişinin qadağan edilməsi tələb olunub.

Musavat.com xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) lideri Gennadi Züqanov parlamentin plenar iclasında çıxış edərək, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitindəki bəyanatlarına kəskin etirazını bildirib. Züqanov İrəvandan Rusiya paytaxtına qarşı təhdidlərin səslənməsindən hiddətləndiyini gizlətməyib: "Hər şeyi təsəvvür edə bilərdim, amma İrəvandan Qırmızı Meydanı atəşə tutmaq hədəsi ilə bağlı səslərin ucalacağını düşünməzdim", — deyə o vurğulayıb.

Partiya lideri Ermənistan hakimiyyətini Zelenskiyə tribuna verdiyinə görə sərt tənqid edərək, rəsmi Moskvanı Paşinyana qarşı sərt tədbirlər görməyə çağırıb. "Sual yaranır, niyə onlar buna İrəvanda icazə verirlər və niyə Paşinyan Moskvada qəbul edilir? Mən təkid edirəm ki, bu xadim, onun lehinə necə səs vermələrindən asılı olmayaraq, bir daha bizim paytaxtımızda görünməsin", — deyə Züqanov bəyan edib.


Geri qayıt