Əsas Səhifə > Güney Press > Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr

Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr


Bu gün, 16:44

Fırıldaqçılıq nəticəsində ən çox pul itirən ölkələr və həmin ölkələrdə adambaşına düşən itki miqdarı müəyyən edilib.

Ölkə.az xəbər verir ki, son illərdə dünya miqyasında fırıldaqçılıq halları sürətlə artmaqdadır. Texnologiyanın inkişafı ilə fırıldaqçılar daha mürəkkəb metodlardan istifadə edərək fərdləri və təşkilatları hədəf alırlar.

Saxtakarlıq növlərinə şəxsiyyət vəziqəsi oğurluğu, kredit kartı saxtakarlığı, internet saxtakarlığı və investisiya saxtakarlığı kimi müxtəlif üsullar daxildir.

Fırıldaqçılıq hallarının artması isə öz növbəsində qlobal iqtisadiyyata mənfi təsir göstərir və təhlükəsizlik tədbirlərinin, beynəlxalq əməkdaşlığın vacibliyini bir daha ortaya çıxarır.
Qlobal Fırıldaqçılıqla Mübarizə Qrupunun açıqladığı məlumatlara görə, fırıldaqçılara ən çox pul itirən ölkələr müvafiq olaraq aşağıdakı kimi sıralanıb və ortaya çox qəribnə bir mənzərə çıxıb.

FırldaqçılıQ nəticəsində ən çox pul itirən ölkələr bunlardır.

12) İngiltərə-adambaşına 1800 dollar
11) İrlandiya-1800 dollar
10) Yeni Zellandiya-900 dollar
9) Kanada-900 dollar
8) Birləşmiş Ərəb Əmirliyi (BƏƏ)- 2200 dollar
7) Yaponiya-2300 dollar
6) Sinqapur-2400 dollar
5) Cənubi Koreya-2700 dollar
4) İsveç-2700 dollar
3) İsveçrə-3000 dollar
2) Danimarka-3100 dollar
1) ABŞ-3500 dollar


Geri qayıt