Əsas Səhifə > Güney Press > Məşhur müğənnidən illər sonra gələn etiraf:
Məşhur müğənnidən illər sonra gələn etiraf:Bu gün, 14:34 |
|
“Dedi ki, səni “vurdular”, mən də susdum, buna görə mənə halallıq ver”. Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İntiqam Kərimov “Öz aramızda” verilişində deyib. O, sənət aləmində yolunu kəsən həmkarlarından danışıb: “İnsanın ən böyük düşməni onun savadı və istedadıdır. Belə insanların düşməni çox olur. Əgər köməyin varsa, rahat addımlayırsan. Yoxdursa, hamı yolunu kəsəcək. Başıma o qədər oyunlar açılıb ki… Xalq artisti Yalçın Rzazadə ölümündən iki ay qabaq Yasamalda, parkın içində məndən halallıq istədi. Dedi ki, hamı sözü bir yerə qoymuşdu ki, İntiqamı səhnəyə buraxmayaq, çünki çox seçilir. Bildirdi ki, səni ‘vurdular’, mən də danışmadım, bunun halallığını ver. Dörd beynəlxalq mükafat alan sənətçi olmuşam. Fəxri ad almağım üçün beş dəfə təqdimat verilib. Amma o təqdimatları heç vaxt nazirin masasına qoymayıblar”. Geri qayıt |