Əsas Səhifə > Güney Press > “Lalə Dadaşova ailəmizi bir göz qırpımında dağıtdı, onu pis vərdişlərə qurşandırdılar”
“Lalə Dadaşova ailəmizi bir göz qırpımında dağıtdı, onu pis vərdişlərə qurşandırdılar”Bu gün, 10:49 |
|
“Mərhum müğənni Elçin Cəlilovun yeganə övladıyam. Sözün düzü indiyə qədər özüm həm efirlərdən, həm də müsahibələrdən qaçmışam. Səbəbini bilmirəm, amma heç vaxt efirə çıxıb görünmək istəməmişəm. Mən 14 yaşıma qədər atamla görüşmüşəm, vaxt keçirmişəm. Atam çox qayğıkeş insan idi. O yaşıma qədər mənə baxıb, mənim üçün nə lazımdırsa edib. O elə bir insan idi ki, məni dörd bir tərəfdən qayğı ilə əhatə etmişdi. Onun üçün çox darıxıram. Heç vaxt atamdan qəlbim qırılmayıb. Heç son görüşümüzü də xatırlamıram.. Bilmirəm ki, ondan necə ayrıldım, son sözü mənə nə oldu. Bir onu bilirəm ki, çox erkən atasız qaldım və atasız yaşadım. Ata sözü gələndə qəhərlənirəm.. Onu doya-doya sevib, qoxlayıb öpə bilmədim (kövrəlir)”.
Bunu Moderator.az-a özəl açıqlamasında mərhum müğənni Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva deyib.
O daha sonra əlavə edib:
“Atam bizi heç vaxt incitməyib. Sadəcə ikinci ailəsi olduğuna görə çox təəssüf edirəm. Çox heyif ki, ikinci evliliyi Lalə Dadaşova ilə oldu. İndiki yaşda olsaydım əlbəttə ki, ona icazə verməzdim. Bu hadisədən sonra atamla anam ayrıldılar. Mənim də o vaxt 2 yaşım var idi. Lalə Dadaşova ilə ailə həyatı qurandan sonra onunla yaşayırdı. Anam ondan boşanmalı idi, hansı qadın olsaydı bu addımı atardı. Orada qalmalı deyildi ki.. Anamla atam xalaqızı xalaoğlu olublar. Bir-birlərini çox seviblər. Bu xoşbəxt ailəni bir göz qırpımında dağıtdılar. Bütün bunlara səbəb də Lalə Dadaşova oldu. Anam artıq ailə həyatı qurub, bir qardaşım da var. Anam ikinci dəfə ailə həyatı quranda mənim artıq 15 yaşım var idi. Atam Lalə Dadaşovadan sonra 3-cü dəfə Tahirə adlı qadınla ailə həyatı qurdu”.
Şəlalə Vəliyeva bildirib ki, atasını qəsdən pis vərdişlərə qurşandırdılar:
“Atam çox istedadlı insan idi. Onu məhv etdilər. Bu insan heç vaxt siqaret belə çəkməmişdi, necə oldu ki, birdən-birə pis vərdişlərə qurşandı?! Çox güman ki, onu istəməyənlər bu yola çəkdilər. İstədilər səsini batırsınlar, sənətdən uzaqlaşdırsınlar.. Məqsədlərinə də çatdılar. Çünki onun səsi heç bir müğənnidə yoxdur. Bunu tək mən yox, hər kəs deyə bilər. Bir neçə gün əvvəl atamı itirdiyim gün idi. Mütəmaddi olaraq gedib məzarını ziyarət edirəm, onunla ürəyimdə danışıram. Ailə həyatı quranda da, övladlarım dünyaya gələndə də bir gözüm qapıda idi. Bir tərəfim həmişə boş qalır. Əvvəl də belə idi, indi də belədir. Ailə həyatı quranda tək qaldım. Qaynanam mənə analıq etdi”.
Şəlalə Vəliyeva qohumları ilə münasibətlərindən də danışıb:
“Bir əmim rəhmətə gedib, digəri isə sağdır. Salam-sağolumuz var, amma o qədər də yaxın münasibətimiz yoxdur. Amma bibimlə münasibətimiz yaxşıdır. Anamla da münasibətim var. Tez-tez gəlib məni başa çıxır. Xoşbəxt ailəm var və iki övladımı böyüdürəm. Oğluma atamın adını vermədim. Çünki qaynımın oğlunun adı da Elçin idi”.
Geri qayıt |