Əsas Səhifə > Güney Press > “Azərmetalinvest” şirkəti 2025-ci ilin
“Azərmetalinvest” şirkəti 2025-ci ilinBu gün, 10:02 |
|
“Azərmetalinvest” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 27 iyun 2026-ci il, saat 11.00-da Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında keçiriləcəkdir. Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Cəmiyyətin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair illik hesabatlarının müzakirəsi və təsdiqi; 2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən mənfəətin bölüşdürülməsinin müzakirəsi və təsdiqi; 3. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə materiallarla Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Xatırladaq ki, “Azərmetalinvest” ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 385 888 manatdır və qanuni təmsilçisi Zöhrab Nəzərəliyevdir. Geri qayıt |