|
Bu ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon dollara çatıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. Eyni zamanda, ölkənin xarici dövlət borcunda azalma qeydə alınıb. Belə ki, 2026-cı il mayın 1-i vəziyyətinə xarici dövlət borcu 4 milyard 678,4 milyon dollar təşkil edib. Bu isə illik müqayisədə 7,8 faiz azalma deməkdir. Qeyd edək ki, hazırda xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir.
Geri qayıt
|