Əsas Səhifə > Güney Press > "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandıBu gün, 05:31 |
|
"AZƏRAQRAR DÖVLƏT İSTEHSALAT VƏ EMAL BİRLİYİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlət büdcəsinə yenidən vergi borcu yaranıb. 32gun.az-ın məlumatına görə, MMC-nin 35 min 23 manat 60 qəpik məbləğində vergi borcu olduğu məlum olub. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 31, 23-cü məhəllə ünvanında hüquqi qeydiyyatda olan dövlət şirkətinin nizamnamə kapitalı 5000 manat təşkil edir. Müəssisənin qanuni təmsilçisi isə Hüseynov Hikmət Məhərrəm oğludur.
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin rəhbəri 2025-ci ilin sonlarında təyin edilmiş Hikmət Hüseynovdur "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazirliyin rəhbəri Məcnun Məmmədovdur. Geri qayıt |