Əsas Səhifə > Güney Press / Ana xəbər > 36 nömrəli məktəbdə imtahan gecikməsi

36 nömrəli məktəbdə imtahan gecikməsi


Bu gün, 16:07

2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci sinfə qəbul prosesinin mühüm mərhələlərinə bu gündən etibarən start verilib.
Qaynarinfo-nun məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə rus bölməsi üzrə birinci sinfə qəbul olmaq istəyən uşaqlar üçün müsahibə mərhələsi həyata keçirilir.
Lakin bir qrup valideyn Bakının 36 nömrəli məktəbində keçirilən imtahan prosesi ilə bağlı narazılıq bildirib. Onların sözlərinə görə, övladlarını təyin olunmuş vaxtda məktəbə gətirmələrinə baxmayaraq, uşaqlar saatlarla gözlədilib və müsahibəyə buraxılmayıblar.
Məsələn, G.H. adlı şagird saat 12:30-da imtahanda iştirak etməli olduğu halda, yalnız 14:30-dək müsahibəyə daxil ola bilməyib.
Valideynlər imtahan prosesinin təşkilindən narazılıq edərək bildiriblər ki, uşaqların uzun müddət gözlədilməsi, eləcə də havanın isti keçməsi onların səhhətinə mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Geri qayıt