Əsas Səhifə > Güney Press > Pakistan BRİKS-ə qoşulmaq istəyini açıqladı

Pakistan BRİKS-ə qoşulmaq istəyini açıqladı


Bu gün, 06:24

Pakistan BRİKS-ə tamhüquqlu üzv olmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi bildirib.

Diplomatın sözlərinə görə, Pakistan BRİKS üçün təbii tərəfdaş hesab olunur və təşkilata üzvlüyünə yalnız bir ölkə qarşı çıxır.

“Pakistan ŞƏT-in üzvüdür. Hindistan da təşkilatın üzvüdür. Buna görə Pakistan BRİKS-in də üzvü ola və olmalıdır. Hindistan istisna olmaqla digər bütün ölkələr Pakistanı BRİKS-də görmək istədiklərini bildiriblər”, - deyə səfir qeyd edib.

Faysal Niyaz Tirmizi bildirib ki, Pakistanın təşkilata qoşulması BRİKS üçün faydalı olacaq.

Onun sözlərinə görə, Rusiya, Çin, Cənubi Afrika Respublikası və Braziliya Pakistanın təşkilata üzvlüyünü dəstəkləyir.


Geri qayıt