Əsas Səhifə > Güney Press / Partiya > Azərbaycan get-gedə pensiyaçılar ölkəsinə çevrilir...

Azərbaycan get-gedə pensiyaçılar ölkəsinə çevrilir...


Bu gün, 04:10

"Azərbaycanda doğum göstəricisi son 30 ilin ən aşağı səviyyəsinə düşüb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova paylaşıb.
O daha sonra bildirir: "Uzunmüddətli əhali dinamikasını göstərən "ümumi doğum əmsalı"na (TFR - Total Fertility Rate) baxsaq, son illərdə təxminən 1.5-1.7 aralığında seyredir. Bu isə onu göstərir ki, zamanla əhali strukturunda yaşlıların payı artacaq. Beləcə, gələcəkdə əmək bazarına daxil olanlar da azalmış olacaq. Nəticədə, dövlət bir işləyənə daha çox pensiyaçı saxlamalı olacaq. Belə olan halda da, potensial ÜDM artımı və iqtisadi dinamika zəifləyəcək, vergi yükü və büdcə kəsiri artacaq..
Müxtəlif həll yolları göstərilə bilər, amma tək çıxış yolu hər bir uşaq üçün real yaşayış minimumuna uyğun aylıq müavinətlərin verilməsidir. Xüsusilə, orta və aşağı gəlirli ailələrdə müavinətin effekti daha güclü olur. Azərbaycanda da ailələrin əksəriyyətinin orta və ya aşağı gəlirli olduğunu nəzərə alsaq, bu qruplarda pul qərarı daha çox dəyişir. 200 AZN zəngin ailə üçün əhəmiyyətsiz görünə bilər, amma aşağı gəlirli ailələr üçün real stimuldur..."

Geri qayıt