Əsas Səhifə > Güney Press > İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçib
İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçibBu gün, 10:31 |
|
İranın koordinasiyası ilə İraq neftini daşıyan tanker Hörmüz boğazından keçib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata əsasən, “AGOIS FANOURIOS I” adlı VLCC tipli tanker bazar günü İran tərəfindən müəyyən edilmiş marşrut üzrə boğazdan keçib. Qeyd olunub ki, tanker hazırda Oman dənizindədir və Vyetnamın Naghi Son limanı istiqamətində hərəkət edir. Geri qayıt |