Əsas Səhifə > Güney Press > Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdıBu gün, 07:33 |
|
Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə ünsiyyət zamanı Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu şou-biznes nümayəndəsi adlandırıb. Publika.az xəbər verir ki, dövlət başçısının bu sözlərini "RİA Novosti" agentliyi yayıb. Putinin sözlərinə görə, 2022-ci ildə Ukrayna tərəfi ilə İstanbul razılaşmaları əldə olunduqdan və sənəd ilkin olaraq imzalandıqdan sonra fransalı həmkarı Emmanuel Makron ona zəng edərək Ukraynanın belə tarixi sənədləri gicgahına tapança dayanmış vəziyyətdə imzalaya bilməyəcəyini deyib. Rusiya lideri qeyd edib ki, məhz bu söhbətdən sonra Rusiya qoşunları Kiyev ətrafından geri çəkilib. Rusiya Prezidenti əlavə edib ki, daha sonra Ukraynaya şou-biznesin daha bir nümayəndəsi — həmin vaxt Böyük Britaniyanın hökumət başçısı olan Boris Conson gəlib və Moskva ilə sazişin ədalətsiz olduğunu iddia edərək onun imzalanmasının mümkünsüzlüyünü bəyan edib. Həmçinin Putin bildirib ki, Qərb 2022-ci ildə Rusiyanın sürətli süqutuna ümid edirdi. Onun sözlərinə görə, Qərb ölkələri hər şeyin dağılacağını gözləsələr də, bu baş verməyib. Geri qayıt |