|
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-də “Moskva şəhərində parad keçirilməsi haqqında” fərman imzalayıb. Yeniavaz.com xəbər verir ki, fərmanda onun, Rusiya Federasiyasının paytaxtında parad keçirilməsinə icazə verdiyi bildirilir. “8 may 2026-cı il tarixində Amerika tərəfi ilə danışıqlar zamanı humanitar məqsədlər üçün bildirilən çoxsaylı xahişləri nəzərə alaraq qərara alıram: 1. “2026-cı il mayın 9-da Moskvada (Rusiya Federasiyası) paradın keçirilməsinə icazə verilsin”, - sənəddə qeyd olunub. Fərmanda deyilir ki, 9 may Kiyev vaxtı ilə saat 10:00-dan etibarən Qırmızı Meydan Ukrayna silahlarının istifadəsi planından çıxarılacaq. Sənəddə, həmçinin Qırmızı Meydanın dəqiq koordinatlarının siyahısı da qeyd olunub. Sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib. Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində üç günlük (9-11 may – red.) atəşkəs əldə olunması barədə məlumat yayıb.
Geri qayıt
|