Əsas Səhifə > Güney Press > Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı...

Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı...


Bu gün, 11:20

Mayın 8-də saat 19:00-da İrəvanın Qələbə Parkında, "Ana Ermənistan" abidəsinin yaxınlığında Putinin milyarder "desant"ı Samvel Karapetyanın rəhbəri olduğu "Güclü Ermənistan" partiyasının seçkiqabağı kampaniyasının açılış mitinqi keçirilib.
"Məlumatlı Vətəndaşlar Birliyi" mitinq iştirakçılarının sayını hava fotoqrafiyası vasitəsilə aparıb və nəticədə saat 20:10-a olan məlumata görə, mitinq yerində və ətraf ərazilərdə təxminən 5650 nəfərin olduğu məlum olub".
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.
"Hesablama iştirakçıların fərdi hesablamaları vasitəsilə aparılmışdır. Hesablamaya ağacların altında qalan insanlar daxil deyil"- xəbərdə belə deyilir.

Geri qayıt