Əsas Səhifə > Güney Press / Ana xəbər > Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş
Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaşBu gün, 09:50 |
|
Türkiyə Super Liqasına yeni vəsiqə qazanan "Amedspor" baş məşqçi axtarışlarına başlayıb. Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, Diyarbəkir təmsilçisinin rəhbərliyi klubunun "sükanı arxası"na gətirmək istədiyi mütəxəssislər arasında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov da var. Kluba yaxın mənbələrin saytımıza verdiyi xəbərdə "Amedspor" rəhbərliyinin Qurban Qurbanov üçün illik iki milyon avro maaş düşündüyü bildirilir. Hələlik 54 yaşlı mütəxəssisə bununla bağlı rəsmi təklif göndərilməsə də, "Qarabağ"ın çalışdırıcısının namizədlər siyahısında 4 önəmli isimdən biri olduğu dəqiqdir. Qeyd edək ki, digər namizədlər Yürgen Klinsman, Cennaro Qattuzo və Con Heytinqadır. Xatırladaq ki, "Amedspor" tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb. Geri qayıt |