Əsas Səhifə > Güney Press > Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb
Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşübBu gün, 18:05 |
|
Ukrayna “Patriot”, NASAMS və İRİS-T üçün raket çatışmazlığı yaşayır, bəzi buraxılış qurğuları artıq yarı boş haldadır. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib. Rusiyanın intensiv hücumları və təchizat problemləri səbəbindən Ukrayna hava hücumundan müdafiə raketlərinə görə "aclıq pəhrizinə" düşüb. Biz sözün əsl mənasında tərəfdaşlarımızdan fərdi sistemlər üçün hətta 5-10 raket istəməyə məcburuq. Vəziyyət Yaxın Şərqdəki münaqişələr fonunda hava hücumundan müdafiə və raket sistemlərinə yüksək qlobal tələbatla mürəkkəbləşir", - İqnat bildirib. Geri qayıt |