Əsas Səhifə > Güney Press > “Paşinyan Azərbaycanın kuklasıdır”
“Paşinyan Azərbaycanın kuklasıdır”Bu gün, 17:51 |
|
Hazırda region uğrunda ciddi mübarizə gedir və Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti bunu TRIPP layihəsi vasitəsilə həll etməyə çalışır. Bu Zəngəzur dəhlizinin de-fakto təşviqidir”. Tribuna.az xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan deyib. Onun sözlərinə görə, Ermənistandakı hazırkı vəziyyət və TRİPP razılaşması Azərbaycanın 1994-cü ildə neft sektorunda bağladığı müqaviləyə bənzəyir. Zurabyanın iddiasına görə, Paşinyan Bakının kuklasıdır. “Paşinyanın “sülh” konsepsiyası ilə Azərbaycan Ermənistanın ağası və hökmdarı olacaq”. O iddia edir ki, Ermənistana “bir güllə belə atmadan görülməsini istədiyi işi görən” bir şəxsin rəhbərlik etməsi Azərbaycan üçün çox əlverişlidir. Geri qayıt |